
Akademik Əli Abbasovun Zəfər Günü münasibətilə təbriki
07.11.2025 / Mühüm xəbərlər
Hörmətli həmkarlar!
Bu gün - tariximizin ən şanlı və unudulmaz səhifəsi olan 8 Noyabr – Zəfər Gününü böyük fəxr və qürur hissi ilə qeyd edirik.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət və fədakarlıq nəticəsində əldə etdiyimiz bu möhtəşəm zəfər hər bir azərbaycanlının qəlbində əbədi bir iz buraxmışdır.
Bu zəfər xalqımızın birliyinin, yenilməz iradəsinin və Vətənə olan sonsuz sevgisinin ən bariz nümunəsidir.
Bu tarixi qələbə münasibətilə kollektivimizin hər bir üzvünü səmimi qəlbdən təbrik edir və yeni müvəffəqiyyətlər arzu edirəm!
İnanıram ki, bu birlik və zəfər ruhu bundan sonra da hər birimizə yeni-yeni uğurlar qazanmaq üçün stimul verəcəkdir.
Zəfər Gününüz mübarək olsun!
Dərin hörmətlə, akademik Əli Abbasov


