1763009772.jpg)
Süni intellekt Qazaxıstanın səhiyyə sistemində prioritetdir
13.11.2025 / Maraqlı məlumatlar
Qazaxıstan Səhiyyə Nazirliyi dərman təchizatı proseslərini optimallaşdırmaq və təhlükəsizliyi artırmaq üçün süni intellektdən fəal şəkildə istifadə etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Timur Muratov hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, nazirlik dərmanların planlaşdırılmasında və vaxtında çatdırılmasında süni intellektdən istifadə etməyi planlaşdırır. Süni intellekt saxta reseptləri müəyyən etmək üçün də istifadə olunacaq.
Nazir müavini həmçinin qeyd edib ki, elektron resept və dərman təchizatı sistemlərinin tibbi informasiya sistemlərinə inteqrasiyası sayəsində onların rəsmiləşdirilməsi müddəti yarıya endirilib.


