1763095554.jpg)
Qazaxıstanın hərbi hissələrində süni intellektlə işləyən videomüşahidə sistemi tətbiq olunacaq
14.11.2025 / Maraqlı məlumatlar
Qazaxıstanın hərbi hissələrində süni intellektlə işləyən videomüşahidə sistemləri tətbiq olunacaq.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın müdafiə nazirinin müavini Darxan Ahmediyev məlumat verib.
Onun sözlərinə görə, süni intellekt tətbiqi ilə bir çox problem həll ediləcək.
“Face ID bizə bölmədə kimin olduğunu, hər kəsin işə gəlib-gəlmədiyini və nə vaxt gəldiyini görməyə imkan verir. Sistem saatdarın yerində olub-olmadığını, anbara daxil olanların icazəsinin olub-olmadığını və kənar birinin içəri girməyə cəhd edib-etmədiyini qeyd edir. Sistem bir neçə nəfərin uzun müddət bir yerdə durduğunu da müəyyən edir”, - deyə o, bildirib və sistemin tüstülənməni də aşkar etdiyini qeyd edib.


