1763095922.jpg)
"OpenAI" "Sora" videogeneratoruna xərclədiyi gündəlik məbləğ bilindi: Fantastik rəqəm
14.11.2025 / Maraqlı məlumatlar
Analitiklərin hesablamalarına görə, "OpenAI" şirkəti "Sora" videogeneratorunun işləməsi üçün hər gün təxminən 15 milyon dollar xərcləyir. Bu da illik ifadədə 5 milyard dollardan çox vəsait deməkdir.
Oxu.Az xəbər verir ki, bu barədə Habr.com məlumat yayıb.
Hesablamalar 10 saniyəlik bir videonun yaradılma dəyərinin təxminən 1,3 dollar olması və gündə 11 milyon videonun istehsal edilməsi fərziyyəsinə əsaslanır.
Yüksək xərclərə baxmayaraq, şirkət bazarı ələ keçirməyə yönəlmiş strategiyasına sadiq qalır: əvvəlcə geniş auditoriya formalaşdırılır və modellərin öyrədilməsi üçün məlumatlar toplanır, monetizasiya mərhələsi isə sonrakı dövrlər üçün planlaşdırılır.
"Sora"ya pulsuz giriş imkanı həm istifadəçi bazasının genişlənməsinə şərait yaradır, həm də gələcəkdə videogenersiya keyfiyyətinin artırılması üçün böyük həcmdə məlumat toplanmasına imkan verir.


