AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

14.11.2025 / Mühüm xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları laboratoriyasının müdiri, riyazi kibernetika sahəsinin görkəmli nümayəndəsi, "Şöhrət" ordenli alim, riyaziyyat elmləri doktoru, professor Kamil Bayraməli oğlu Mənsimov 13 noyabr 2025-ci il tarixində vəfat edib.


Kamil Mənsimov 10 dekabr 1950-ci il tarixində Biləsuvar rayonunda anadan olmuşdur. O, 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1973-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra Azərbaycan MEA Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) baş laborant vəzifəsində işə başlamışdır. 1974-cü ildə həmin institutun qiyabi aspiranturasına daxil olmuş, 1978-ci ildə aspiranturanı bitirərək 1979-cu ildə Diferensial tənliklər və riyazi fizika ixtisası üzrə "Sonradan təsirə malik olan sistemlərdə zəruri şərtlər nəzəriyyəsinə dair" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Görkəmli alimə 1985-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 26 iyun 1985-ci il tarixli qərarı ilə böyük elmi işçi elmi adı verilmişdir. 1992-ci ilə qədər isə həmin institutda kiçik elmi işçi, sektor müdiri, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 1992-ci ilin iyul ayında Bakı Dövlət Universitetinin Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə kafedrasının dosenti vəzifəsinə qəbul olunmuş, 1998-ci ilə qədər kafedranın professoru vəzifəsində işləmişdir. 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə dosent elmi adına layiq görülmüşdür. Həmin ildə Diskret riyaziyyat və riyazi kibernetika ixtisası üzrə "Optimal idarəetmə məsələlərində məxsusi proseslərin optimallığı üçün zəruri şərtlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri doktoru elmi adını almışdır. 2000-ci ildə isə professor elmi adına layiq görülmüşdür.


Tanınmış alimin rəhbərliyi ilə mürəkkəb dinamik sistemlərdə məxsusi idarələri tədqiq etmək üçün yeni üsul verilmişdir. Bu üsulun köməyi ilə yeni idarə məsələləri üçün keyfiyyətcə yeni, qeyri-ənənəvi xarakter daşıyan nəticələr alınmışdır. Professorun tədqiqatlarında, həmçinin artım üsulunun ideyalarından istifadə edilərək çox geniş sinif optimal idarəetmə məsələlərində məxsusi idarələri tədqiq etmək və ikinci tərtib zəruri şərtlər tapmaq üçün yeni, orijinal üsul təklif olunmuşdur. Bu üsulun köməyi ilə möhkəmliyə malik sistemlərdə (həm kəsilməz, həm də diskret halda), Qursa-Darbu sistemlərində, diskret iki parametrli sistemlərdə, bir sinif kimyəvi-texnoloji prosesləri təsvir edən sistemlərdə toplanmış və paylanmış parametrli pilləvari optimal idarəetmə məsələlərində məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər tapılmışdır.


K.Mənsimov tərəfindən ilk dəfə olaraq gecikməyə malik sistemlərdə və Qursa-Darbu sistemlərində bərabərlik və bərabərsizlik tipli funksional məhdudiyyətlər olan halda optimallıq üçün ikinci tərtib zəruri şərtlər alınmışdır. O, bir və iki ölçülü Volterra tipli inteqral tənliklərlə təsvir olunan proseslərdə məxsusi idarələr problemini tədqiq etmişdir. Həmçinin kimya texnologiyasında geniş yayılmış katalizatorun aktivliyi dəyişən kimyəvi reaktorlarda baş verən bir sinif kvazistasionar katalitik prosesləri təsvir edən optimal idarə məsələsində məxsusi idarə problemini tam tədqiq etmişdir. Bu məsələlər kvazistatik kimyəvi reaktorların işinin effektivliyinin artırılması və layihələndirilməsinin optimallaşdırılması məsələləri ilə sıx bağlıdır. Professor ədəbiyyatda Fornazini və Markezini, Rosser modelləri adı ilə tanınan diskret iki parametrli sistemlərdə nəinki ilk dəfə olaraq məxsusi idarələri tədqiq etmiş, həm də bu tipli optimal idarə məsələlərində Krotov tipli kafi şərtlər də tapmışdır.


Tanınmış alim bir tərəfdən mürəkkəb dinamik sistemlərdə optimallıq üçün ikinci tərtib zəruri şərtlər almaq üçün yeni üsullar vermiş, digər tərəfdən isə onların köməyi ilə həm məlum zəruri şərtləri prinsipial olaraq inkişaf etdirən yeni nəticələr almış, həm də əvvəllər öyrənilməmiş halları və məsələləri tədqiq etmişdir. Onun aldığı nəticələr mürəkkəb dinamik sistemlər üçün yüksək tərtibli zəruri şərtlər nəzəriyyəsinə mühüm töhfədir.


K.Mənsimov 65-i xaricdə olmaqla 325 elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 18 dərs vəsaitinin müəllifidir. O, riyaziyyat üzrə 12 fəlsəfə doktoru yetişdirmişdir.


Professor Kamil Mənsimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 6 noyabr 2009-cu ildə “Tərəqqi” medalı, 25 noyabr 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.


Mənalı ömrünü elmin inkişafına həsr etmiş dəyərli alim Kamil Mənsimovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.


Allah rəhmət eləsin!

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi