
Gənc alim nüfuzlu mükafata layiq görülüb
16.11.2025 / Mühüm xəbərlər
Avropada kompüter elmlərində məntiq üzrə ən yaxşı dissertasiyalara verilən Ackermann mükafatının 2025-ci il qalibləri elan edilib. Bu il iki laureatdan biri həmyerlimiz Toğrul Kərimov olub. O, Almaniya Saarland Universitetinin professoru Joël Ouakninenin rəhbərliyi ilə ərsəyə gətirdiyi Xətti Dinamik Sistemlərin Alqoritmik Yoxlanılması dissertasiyasına görə mükafata layiq görülüb. Maks Plank Proqram Sistemləri İnstitutunun əməkdaşı T.Kərimov ötən il sözügedən mövzuda AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) elmi seminarında Diskret Xətti Dinamik Sistemlərdə Əlçatanlıq Problemləri adlı məruzə ilə çıxış etmişdir.
Qeyd edək ki, Ackermann mükafatı laureatlara Parisdə keçirilən illik EACSL konfransında (CSL 2026) təqdim ediləcək.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://www.eacsl.org/ackermann-award/


