AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Pakistanın paytaxtında ilk robotik cərrahi əməliyyat keçirilib

17.11.2025 / Maraqlı məlumatlar

Pakistanın paytaxtı İslamabadda səhiyyə mütəxəssisləri ilk dəfə robot vasitəsilə cərrahi əməliyyatı uğurla həyata keçiriblər. Bu mühüm hadisə ölkədə cərrahi innovasiyalar sahəsində əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Pakistan Tibb Elmləri İnstitutunun cərrahlar komandası İslamabadda ilk robotik adrenalektomiyanı müvəffəqiyyətlə icra edib. Əməliyyat Ümumi cərrahiyyə şöbəsinin rəhbəri professor Atif İnam Şaminin rəhbərliyi ilə paytaxtın qabaqcıl tibb müəssisəsində təşkil olunan Robotik Cərrahiyyə Ustad Dərsi çərçivəsində həyata keçirilib.

Paytaxtdakı ən böyük dövlət xəstəxanasında yerli və xarici cərrahlar Çində hazırlanmış müasir “Toumai” cərrahi robotundan istifadə edərək bu əməliyyatı aparıblar. Komanda xəstə qadın üzərində mürəkkəb robotik proseduru uğurla həyata keçirib. Əməliyyat zamanı qadının adrenal vəzləri çıxarılıb. Ümumi cərrahiyyə və urologiya şöbələrinin həkimləri də əməliyyata qatılıblar.

Yeni texnologiya xəstələrin daha sürətli sağalmasına, daha az ağrı hiss etməsinə və əməliyyat nəticələrinin yaxşılaşmasına imkan verəcək. Bu münasibətlə mediaya açıqlama verən Pakistan Tibb Elmləri İnstitutunun robotik cərrahiyyə direktoru professor Maten Şərif bildirib ki, əməliyyat Pakistanın səhiyyə sistemində yeni bir dövrün başlanğıcıdır. Onun sözlərinə görə, məqsəd robotik cərrahiyyəni ölkə üzrə genişləndirməkdir. Əməliyyatın uğurla icra olunması ilə xəstəxana robotik texnologiyadan istifadə edən inkişaf etmiş beynəlxalq tibbi mərkəzlər sırasına qoşulmuş olur. Bu, gələcəkdə Pakistan üçün daha təhlükəsiz, daha səmərəli və minimal invaziv əməliyyatların yolunu açacaq.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi