1763358871.jpg)
“Süni zəka” üzrə beynəlxalq təlim və imtahan proqramı həyata keçirilib.
17.11.2025 / Xəbərlər
Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk dəfə “Süni zəka” üzrə beynəlxalq təlim və imtahan proqramı həyata keçirilib.
Təlimin məqsədi müəllimlərin süni zəka texnologiyalarını tədris prosesinə tətbiq etməsi, fərdiləşdirilmiş dərs planları hazırlaması və ICDL “Süni zəka” beynəlxalq sertifikasiyasına uğurla hazırlaşmasını təmin etmək olub.
Təlimdə iştirak edən müəllimlərin 91%-i beynəlxalq sertifikat əldə edib.
Bu göstərici müəllimlərimizin rəqəmsal savadlılıq səviyyəsinin yüksəldiyini və yeni tədris mühitinə hazır olduqlarını təsdiqləyir.
Bununla yanaşı, müəllimlər üçün digər beynəlxalq imtahan proqramları da davam etdirilir:
- "Microsoft" sertifikatlı pedaqoq (MCE)
- ICDL kompüter və onlayn əsaslar
- ICDL komanda işi
İmtahanlar “ITE”nin Certiport və ICDL lisenziyalı mərkəzləri tərəfindən Bakı və 40-dan çox regionda təşkil olunur.


