
"Google" şirkətinin rəhbəri müasir süni intellekt texnologiyalarını tənqid etdi
19.11.2025 / Maraqlı məlumatlar
"İnsanlar süni intellektin cavablarına tənqidi yanaşmalı və əlavə məlumat mənbələrindən istifadə etməlidirlər".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin "Google" şirkətinin baş direktoru Sundar Piçai BBC-yə müsahibəsində bildirib.
"Biz bu vasitələrdən faydalı olacaq sahələrdə istifadə etməyi öyrənməliyik. Süni intellektin dediklərinə kor-koranə etibar etməməliyik. Bu texnologiyalar səhvlərə meyillidir", - deyə "Google"un rəhbəri tənqidi fikirlər səsləndirib.
Piçai süni intellekt texnologiyalarının özləri də daxil olmaqla bütün böyük şirkətlərə zərər vuracağını da qabardıb.


