1763615636.jpg)
“Google” özünün “Gemini 3” süni intellekt modelini təqdim edib
20.11.2025 / Maraqlı məlumatlar
“Google” şirkəti özünün ən yeni və qabaqcıl “Gemini 3” süni intellekt modelinin buraxıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, “Gemini 3” “multimodal anlama istiqamətində dünyanın ən yaxşı modeli” və ən güclü süni intellektlə işləyən proqramıdır. “Google” bu modelin ən müasir düşünmə imkanlarına əsaslanan daha zəngin vizuallaşdırma və daha dərin interaktivlik təklif etdiyini bildirib.
Şirkət, həmçinin modelin məhsuldarlığını daha da artırmaq üçün nəzərdə tutulmuş mükəmməl düşünmə rejimi olan “Gemini 3 Deep Think” funksiyasını təqdim edib. Əvvəlcə təhlükəsizlik testindən keçəcək bu funksiya sonradan “Ultra” kateqoriyalı “Google AI” abunəçiləri üçün əlçatan olacaq.


