AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Elm” qəzetinin AMEA-nın 80 illik yubileyinə dair xüsusi buraxılışı çapdan çıxıb

20.11.2025 / Xəbərlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında Akademiyanın 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çap edilib. Bu sayda AMEA-nın 80 illik yubiley yığıncağının mühüm hadisələri və nəticələri əks olunub.

Qəzetin ilk səhifələrində yubiley tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş nitqi yer alır. Həmçinin, dövlət başçısının "Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" Sərəncamının mətni dərc edillib.

Xüsusi nömrədə AMEA-nın yubileyi münasibətilə tədbirdə iştirak edən yerli və xarici ölkələrdən gəlmiş elm xadimlərinin təbrik nitqləri və çıxışları, eyni zamanda xarici akademiyaların və beynəlxalq elmi qurumların rəhbərlərinin səsləndirdiyi fikirlər geniş işıqlandırılıb.

Bundan əlavə, qəzetdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin "Azərbaycan Milli Elmlər Akademiyasının miqyası və missiyası" adlı məruzəsi və akademik İsa Həbibbəyli tərəfindən Akademiyanın kollektivi adından Prezident İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubu oxuculara təqdim olunur.

Xüsusi buraxılışda Prezident İlham Əliyevin yubiley yığıncağındakı nitqində irəli sürdüyü çağırışlar və Azərbaycan elminin vəzifələrinə dair Rəyasət Heyətinin iclası, yubiley çərçivəsində keçirilən elmi sessiya, Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin Baş Assambleyasının VIII iclası, elmi nailiyyətlər sərgisi, Akademiya Muzeyinin açılışı və ağacəkmə aksiyası və digər tədbirlər barədə ətraflı informasiyalar yer alır.

Qəzetin rus və ingilis dillərində olan bölmələrində yubiley çərçivəsində reallaşdırılan mühüm tədbirlərə, o cümlədən beynəlxalq əhəmiyyətli görüşləri əhatə edən dolğun materiallara yer verilib.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi