
İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclaslarına start verilib
21.11.2025 / Xəbərlər
20 noyabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclasında bir sıra laboratoriyaların cari il üzrə hesabatları dinlənilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, laboratoriya müdirləri tam heyətdə iştirak ediblər.
İclasda institutun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyası, Diskret optimallaşdırma modelləri və üsulları laboratoriyası, Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyası, Obyektlərin texniki vəziyyətinin identifikasiyası texnologiyaları və sistemləri laboratoriyasının 2025-ci il üzrə hesabatları dinlənilib.
Sonda, dinlənilən hesabatlarla bağlı geniş müzakirə aparıldı, açıq səsvermə keçiriləcək hesabatlar müsbət qiymətləndirildi.


