AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Çexiyada yaradılan yeni texnologiya dələduzların ifşa olunmasına kömək edir

24.11.2025 / Maraqlı məlumatlar

Çexiyanın Brno Texniki Universitetinin mütəxəssisləri ilə “Phonexia” şirkətinin müştərək hazırladığı yeni sistem hələ tam yekunlaşdırılmasa da, artıq banklar, Çağrı mərkəzləri, polis və təhlükəsizlik qurumları tərəfindən istifadə olunmağa başlayıb. Yeni texnologiya son illər sürətlə yayılan səs dipfeyklərini, yəni süni şəkildə yaradılmış insan danışığını yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir.

Nümayiş zamanı kompüterdə uşaq səsi ilə kömək istəyən bir qadının sözləri səsləndirilir. “Phonexia” nümayəndəsi İvana Tıralova bildirir ki, bu, real danışığı imitasiya edən süni səs nümunəsidir. O deyir ki, proqram iki audiofaylı müqayisə edərək hansının orijinal, hansının isə sintetik olduğunu avtomatik şəkildə qiymətləndirir: ekranda yaşıl sahəyə düşən qeyd həqiqi səs, qırmızıya keçən isə şübhəli mənbə kimi işarələnir.

Sistemin mərkəzində genişhəcmli neyron şəbəkə dayanır. Brno Texniki Universitetinin İnformasiya texnologiyaları fakültəsinin əməkdaşı Kamil Malinka izah edir ki, bu şəbəkə minlərlə real və süni səs nümunəsi üzərində “öyrədilib”. O, prosesin iş prinsipini belə təsvir edir: “Sanki böyük bir qutuya milyonlarla nümunə atırsınız. Maşın isə onların arasındakı xırda fərqləri özü müəyyənləşdirərək ehtimal əsasında nəticə çıxarır”.

Malinka və həmkarları xəbərdarlıq edir ki, müasir alqoritmlər real insan danışığını demək olar ki, tam təqlid edə bilir. Buna görə də şübhəli zənglər zamanı sadəcə səsə etibar etmək olmaz. Mütəxəssis məsləhət görür ki, danışanı tanımaq üçün əlavə təsdiq sualı vermək lazımdır. Məsələn, yalnız həmin şəxsin biləcəyi kiçik bir “sirri” soruşmaqla.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi