1764063458.jpg)
Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş TOP500 reytinqi açıqlanıb
25.11.2025 / Maraqlı məlumatlar
Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş reytinqi olan TOP500 dərc edilib.
Milli.Az xəbər verir ki, nüfuzlu reytinqin noyabr buraxılışında dörd eksaflops sistemi yer alıb ki, onlardan üçü ABŞ-də (Lourens adına Livermor milli laboratoriyasında "El Capitan", Ouk Ridj Milli laboratoriyasında "Frontier" sistemi və "Argonne Leadership Computing Facility"də "Aurora"), biri isə Avropada (Almaniyadakı "EuroHPC/Jülich" superkompüter mərkəzində quraşdırılmış "JUPITER Booster") yerləşir.
Superkompüter siyahısının davamlı təkamülü sürətli memarlıq innovasiyalarını, qarışıq dəqiqlikli hesablamalara artan marağı və sahənin eksaflops səmərəlilik səviyyəsinə doğru davamlı irəliləyişini əks etdirir.
"Lenovo" şirkəti siyahıda olan maşınların sayına görə (143 ədəd*) birinci yeri tutaraq dünyanın aparıcı superkompüter istehsalçılarından biri kimi mövqeyini qoruyub saxlayıb. Hazırda bazar payına görə liderlər üçlüyünə "Lenovo"( 28%), HPE (25.2%) və "Eviden" (11.4%.) şirkətləri daxildir. Qeyd edək ki, "Lenovo ThinkSystem" əsaslı 33 superkompüter Avropada yerləşir.
Həmçinin ekoloji cəhətdən ən yaxşı superkompüterləri ehtiva edən GREEN500 siyahısı da yenilənib. O, TOP500 sistemləri enerji səmərəliliyi üzrə sıralayır. Bunun üçün sistemin sərf edilən hər vatt enerji üçün neçə flops (saniyədə üzən nöqtəli əməliyyat) həyata keçirə biləcəyini ölçən xüsusi test metodologiyasından istifadə edilir. Bu, giqaflops/vatt ilə ölçülən enerji səmərəliliyi metrikasıdır.
Enerji səmərəliliyi tərəqqinin əsas göstəricisi olaraq qalır. Green500 reytinqi ilk üç yerdə qərarlaşan "NVIDIA Grace Hopper" əsaslı sistemlərin artan populyarlığını vurğulayır:
CALMIP/Tuluza Universitetində (Fransa) KAIROS - 3.05 PFLOPS məhsuldarlıq göstəricisi ilə 73.28 GFLOPS/Vt. ROMEO HPC Center-də (Fransa) ROMEO-2025 - 9.86 PFLOPS göstəricisi ilə 70.9 GFLOPS/Vt. DKRZ-də (Almaniya) Levante GPU Extension - 6.75 PFLOPS göstəricisi ilə 69.43 GFLOPS/Vt.
Ən çox enerjiyə qənaət edən superkompüterlərin reytinqinin 5-ci və 6-cı yerlərini "Lenovo ThinkSystem" serverlərində işləyən sistemlər tutur. Bu, Almaniyanın Paderborn Universitetindəki "Otus" və Drezden Texniki Universitetində "MEGWARE" şirkəti tərəfindən quraşdırılmış "Capella" sistemləridir. Bundan əlavə, Hollandiya, Kanada və digər ölkələrdə ekoloji cəhətdən ən yaxşı superkompüterlərin əsasında da "ThinkSystem"in İT infrastrukturu dayanır.
"Lenovo" şirkətinin Top500 və Green500 reytinqlərində yer alması onun bəşəriyyətin ən aktual problemlərini həll etmək üçün innovasiyaları əlçatan etmək, eləcə də dayanıqlı texnologiyalardan istifadə edərək yeni nəsil hesablama səmərəliliyinə nail olmaq üçün yeni yanaşmalar hazırlamaq səylərini əks etdirir.
- 3 halda istehsalçılar olaraq "MEGWARE" və "Fujitsu"/"Lenovo" qeyd olunub.


