
Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası keçirilib.
27.11.2025 / Xəbərlər
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (#COP30) Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən COP29-da irəli sürülən iqlim savadlılığının qlobal təhsil gündəminə inteqrasiyası, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsinə dair təşəbbüsünə dair son bir ildə görülən işlərin nəticələri müzakirə olunub.
Konfrans çərçivəsində təşkil olunmuş “Təhsilin yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli "dəyirmi masa”da aparılan müzakirələr zamanı ölkəmizi təmsil edən nümayəndə heyəti tərəfindən təşəbbüsün əhəmiyyəti, görülmüş işlər və planlaşdırılan fəaliyyətlər barədə məlumat verilib.


