
İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları keçirilir
28.11.2025 / Xəbərlər
27 noyabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclasında bir sıra laboratoriyaların cari il üzrə hesabatları dinlənilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri və laboratoriya müdirləri iştirak ediblər.
İclasda institutun İqtisadiyyatın qeyri-səlis modelləri, İdarəetmə sistemlərinin texniki vasitələrinin işlənilməsi üsulları, Texniki obyektlərin və proseslərin modelləşdirilməsi, Neftqazçıxarma obyektlərinin intellektual diaqnostika və idarəetmə sistemləri, Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi laboratoriyalarının 2025-ci il üzrə hesabatları dinlənilib.
Sonda hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.


