AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda beynəlxalq seminar keçirilib

28.11.2025 / Xəbərlər

25–26 noyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Tədbirin əsas məqsədi NATO-nun müvafiq strukturlarının, həmçinin Alyansın üzv və tərəfdaş dövlətlərindən olan mütəxəssislərin iştirakı ilə ölkəmizin aidiyyəti qurumlarının nümayəndələrinin kibertəhlükəsizlik sahəsində süni intellekt tətbiqi üzrə mövcud tendensiyalar barədə məlumatlılığının artırılması olmuşdur.

Seminarın “Təhsil sistemində süni intellekt, rəqəmsal transformasiya və kibertəhlükəsizlik” istiqaməti üzrə çıxışında Elm və Təhsil Nazirliyinin  nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov məruzə etmişdir. Son illərdə ölkənin təhsil sistemində aparılan rəqəmsal modernləşmədən bəhs edən Vüsal Xanlarov rəqəmsallaşma nəticəsində təhsil sistemində kibertəhlükəsizlik məsələlərinə də toxunmuşdur. Təhsil sisteminin gələcək inkişaf prioritetləri məsələlərinə gəldikdə isə fərdi öyrənmə nəticəsinə əsaslanmış adaptiv təhsil ekosisteminin qurulması üçün süni intellekt əsaslı təhsil həllərinin hazırlanması, müasir infrastruktura və  texnologiyalara əsaslanan ağıllı siniflərin yaradılması və yeni nəsil öyrənmə platformalarının tətbiqi məsələlərindən də bəhs edilmişdir.

Seminar müddətində rəqəmsal infrastrukturun təhlükəsizliyinin təmin edilməsində süni intellektin rolu, süni intellektin müdafiə və hücum məqsədli tətbiqetmə trendləri, habelə zərərli proqramlar, informasiya əməliyyatları və digər kiber təhdidlərin qarşısının alınmasında süni intellekt texnologiyalarının əhəmiyyəti mövzularında geniş müzakirələr aparılmışdır.

ict.edu.az

Tweet
ELANLAR
  • 02.03.2026
    4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək
  • 27.02.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 27.02.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
  • 26.02.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi