AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“OpenAI” xəbərdarlıq etdi

28.11.2025 / Maraqlı məlumatlar

“OpenAI” “Mixpanel” məlumat analitikası şirkətində baş verən təhlükəsizlik pozuntusu səbəbindən bəzi API (Application Programming Interface - Tətbiq Proqramlaşdırma İnterfeysi) istifadəçilərinə aid məlumatların sızdırılmış ola biləcəyini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, şirkət bildirir ki, kiberhücumçu “Mixpanel” sistemlərinin bir hissəsinə giriş əldə edərək, məhdud müştəri identifikasiyası və analitik məlumatlardan ibarət məlumat dəstini ixrac edib.

Məlumata görə, sızma 9 noyabrda başlayıb, “Mixpanel” daxili araşdırma aparandan sonra 25 noyabrda “OpenAI”yə vəziyyəti bildirib. “OpenAI” qeyd edir ki, “platform.openai.com” vasitəsilə API istifadə edən müştərilərin məlumatları bu sızdırılmış dəstədə ola bilər.

API bir proqramın digər proqramla təhlükəsiz və sistemli şəkildə əlaqə qurmasına imkan verir. Süni intellekt xidmətləri təqdim edən şirkətlər API vasitəsilə “OpenAI”ın “ChatGPT” dil modelini fərdiləşdirərək istifadə edə bilirlər.

“OpenAI” vurğulayıb ki, bu hadisə şirkətin öz infrastrukturuna yönəlmiş kiberhücum deyil. “ChatGPT” məzmunu, söhbət tarixçələri, API sorğuları, API açarları, parollar, ödəniş məlumatları və şəxsi sənədlər bu insidentdən zərər çəkməyib.

“Mixpanel” istifadəçilərin veb saytlar və tətbiqlərdə davranışlarını izləyən bir analitik platformadır. Toplanmış məlumatlar cihaz və brauzer məlumatları, ekran ölçüsü, yönləndirici veb səhifə, səhifə başlığı, yer məlumatı və istifadəçinin adı və ya e-poçt ünvanı kimi elementləri əhatə edə bilər. Məlumatların səviyyəsi hər şirkətin konfiqurasiyasından asılı olaraq dəyişir.

“OpenAI” bildirib ki, sızdırılan məlumatların ən çox risk altında olduğu sahə fişinq hücumlarıdır və istifadəçiləri aşağıdakı tədbirlərə çağırıb:

Gözlənilməz e-poçt və mesajlara qarşı diqqətli olmaq,

Yalnız rəsmi “OpenAI” domenlərindən gələn ünsiyyətə etibar etmək,

Heç vaxt parol, API açarı və təsdiq kodu paylaşmamaq,

Hesabları çoxfaktorlu identifikasiya ilə qorumaq.

Şirkət zərər çəkmiş ola biləcək istifadəçilərə fərdi bildirişlərin göndərilməyə başladığını açıqlayıb və “Mixpanel”i istehsal mühitindən çıxardığını, üçüncü tərəf təchizatçılar üçün təhlükəsizlik tələblərini gücləndirdiyini bildirib.

aqreqator.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi