
Dubayda süni intellekt restoranın şef aşpazı oldu
01.12.2025 / Maraqlı məlumatlar
Dubaydakı "Woohoo" restoranında yeməkləri minlərlə resept və dad uyğunluğu məlumatları əsasında təlimləndirilmiş süni intellekt "şef Ayman" hazırlayır.
Oxu.Az "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, süni intellekt aşpaz BƏƏ-də "Vivid Studios" şirkəti tərəfindən yaradılan "Umai" modelinə əsaslanan avatar şəklindədir.
O, orta yaşlı kişi görünüşündədir, eynək taxır və futuristik obrazı ilə seçilir. "Şef Ayman" çoxsaylı reseptlər və qida məlumatları əsasında toplanmış biliklərdən istifadə edərək mətbəxi idarə edir.
"Şef Ayman" müxtəlif inqrediyent və dad kombinasiyalarını birləşdirərək yeni yeməklər yarada bilir.


