
"ASAN xidmət" süni intellekt sahəsində məşhur şirkətlərlə memorandumlar imzaladı
02.12.2025 / Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir çərçivəsində ASAN AI Hub ilə "Apolitical", "Breakthrough Social Enterprise" və "GenAI Works" şirkətləri arasında anlaşma memorandumları imzalanıb.
Bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək.


