AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirilib

29.07.2020 / Xəbərlər

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Parkın rezidenti olan yerli “Emsys” startapının iştirakı ilə onlayn videokonfrans keçirilib.

Tədbir “Emsys” startapının məhsulu olan yeni intellektual tədris sistemi “Empro”nun təqdimatına həsr olunub.

Videokonfransda Azərbaycanda təhsil sektorunda innovasiyaların tətbiqinin son illər vüsət aldığı bildirilib, hazırda innovativ texnologiyaların tədrisdə real alət kimi istifadəsinin genişlənməkdə olduğu vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanda ali təhsilin potensialının, habelə tədris və təlimin keyfiyyətinin artırılması istiqamətində qarşıya qoyulan başlıca strateji məqsədlərdən biri Azərbaycanda “təhsildə texnologiyalar” (EduTech) seqmentini genişləndirmək və ölkəmizdə rəqəmsal təhsil xidmətlərini Qərbin mövcud standartları səviyyəsində təqdim etməkdir.

Azərbaycanın milli məhsulu olan “Empro” sisteminə ali təhsil müəssisəsi kontingentinin (müəllim, tələbə, inzibati işçilər və s.) elektron qaydada qeydiyyatı, tədrisin elektron planlaşdırılması, fənn qruplarının onlayn qaydada təşkili, fənlərin tələbələr tərəfindən onlayn seçilməsi və mənimsənilməsi, tələbələrin bütün növ fəaliyyətlərinin elektron qaydada qiymətləndirilməsi, müəllim heyətinin müvafiq tələbələr tərəfindən müxtəlif meyarlar üzrə onlayn qiymətləndirilməsi, imtahanların elektron qaydada tərtibi və təşkili  kimi modullar daxildir. Həmçinin daxili kommunikasiya alətləri, çatlar, forumlar, bildirişlər, xəbər və elanlar, müəllimlər tərəfindən tələbələrə distant formada fənnin kontentinin təqdim edilməsi, müəllim və tələbələr arasında tapşırıqların elektron qaydada mübadiləsi və qiymətləndirilməsi, məsafədən tədrisin canlı videogörüntü ilə təşkili və monitorinqi, eləcə də müxtəlif növ statistik və dinamik hesabatlar da sistemdə öz əksini tapıb.

Vurğulanıb ki, “Empro” platformasının 2021-2022-ci illərdə Mərkəzi Asiyada fəaliyyət göstərən universitetlərə təqdim olunması planlaşdırılır.

Tədbirdə yeni intelektual tədris sisteminin daha dərindən, modullar üzrə yoxlanılması, təhsil standartlarına uyğunluğunun, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi prosesinin UNEC-in peşəkar mütəxəssisləri tərəfindən aparılması tövsiyə olunub.

Qeyd edək ki, bu tədbir “Emsys” startapı tərəfindən ölkəmizdə ilk dəfə hazırlanmış və YTP-da uğurla sınaqdan keçmiş milli platforma – onlayn videokonfrans sistemi vasitəsilə baş tutub.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi