
Hindistanda telefonlara məcburi qaydada xüsusi kibertəhlükəsizlik proqramları quraşdırılıb
02.12.2025 / Maraqlı məlumatlar
Hindistanda smartfon istehsalçılarından öz cihazlarına xüsusi kibertəhlükəsizlik proqramlarını əvvəlcədən quraşdırmaları tələb olunur.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, qərara əsasən, şirkətlər 90 gün ərzində "Sanchar Saathi" tətbiqini bütün yeni cihazlara əvvəlcədən quraşdırmalıdırlar.
Bununla belə, artıq təchizat zəncirində olan smartfonlar həmin xidməti proqram təminatı yeniləməsi vasitəsilə əldə edəcəklər. Qərara görə, istifadəçilər bu xüsusi proqramı söndürə bilməyəcəklər.
Hindistan hökuməti bildirib ki, bu tədbirlər dublikat və ya saxta IMEI nömrələrinin kibertəhlükəsizliyə yaratdığı ciddi təhdidlərə qarşı mübarizə aparmaq üçün zəruridir.


