AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib

03.12.2025 / Xəbərlər

Elm və Təhsil Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti 26–29 noyabr 2025-ci il tarixlərində Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Özbəkistan Respublikası Baş Prokurorluğu yanında Hüquq-Mühafizə Akademiyası tərəfindən “Müasir çağırışlar kontekstində qanunun aliliyinin təmin edilməsi: problemlər və həlli yolları” mövzusunda təşkil edilmiş beynəlxalq elmi-praktiki konfransda Elm və Təhsil Nazirliyi Daxili nəzarət şöbəsi ilə təmsil olunub.

 Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəhbər heyətinin də iştirak etdiyi konfrans çərçivəsində “Rəqəmsal dövrdə hüquq-mühafizə fəaliyyətində elm və təhsil: problemlər və innovativ həllər”, “Korrupsiya 2.0: rəqəmsal risklər və innovativ həll yolları” və digər mövzularda panel müzakirələr aparılıb.

 Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov rəqəmsal dövrdə qanunun tənzimləyici rolu, elm və təhsil sahəsində hüquqpozmalara qarşı preventiv tədbir kimi maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətinə toxunub.

 34 ölkədən 49 ekspertin iştirakı və ümumilikdə 250-dən çox yerli və beynəlxalq nümayəndə və təşkilatların qatıldığı, eləcə də müxtəlif ölkələrin dövlət orqanlarının təmsil edildiyi konfransda yeni qurulmuş akademiyanın infrastrukturu və tədris metodikası, cinayət-axtarış, korrupsiyaya qarşı mübarizə texnologiyaları və aidiyyəti sahədə süni intellektdən istifadə barədə ətraflı məlumat verilib.

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi