AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masa keçirilib

04.12.2025 / Xəbərlər

Dekabrın 3-də Sosial Tədqiqatlar Mərkəzində (STM) Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masa keçirilib.

Tdbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin yubiley mərasimindəki çıxışı Vətən müharibəsində Qələbənin beşinci ildönümü ilə bağlı qalibiyyət ruhunu alimlərlə bölüşmək və elmi hədəflərə yönəltmək məqsədini daşıyıb. Prezident çıxışında Azərbaycan dilinin qorunmasının vacibliyi, tarixi və mədəni irsin təbliği, süni intellekt, kibertəhlükəsizlik, sənaye və hərbi sənayenin inkişafı, bərpaolunan enerji və geoloji kəşfiyyat sahələrinə diqqət çəkilib. Dövlətimizin başçısı, həmçinin tariximizin elmi əsaslarla öyrənilməsi və toponimlərin qorunmasının əhəmiyyətini qeyd edib.

Daha sonra Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ADA Universitetinin Dövlət idarəçiliyi və akademik məsələlər üzrə prorektorun müavini Anar Vəliyev, Təhsil Problemləri İnstitutunun direktor müavini Fuad Çıraqov, UNEC-in Elm Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev və digər ekspertlər çıxış ediblər.

Vurğulanıb ki, elmi fəaliyyət gənc tədqiqatçılar üçün həm bilik mənbəyi, həm də milli inkişafın aparıcı dayağıdır. Prezident İlham Əliyevin alimlərə ünvanlanan çıxışı bütün tədqiqatçılar üçün daimi istinad nöqtəsi olmalıdır.

Çıxışlarda elmin inkişafı, təhsil inteqrasiyası, beyin mərkəzlərinin rolu, qlobal təhlükəsizlik çağırışları, dövlət idarəçiliyinin akademik əsasları və yeni tədqiqat istiqamətləri kimi mövzular geniş müzakirə olunub.

Tədbir ekspert müzakirələri və sual-cavab sessiyası ilə davam edib.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi