AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Emin Əmrullayev yüksək dövlət təltiflərinə layiq görülmüş bir qrup alimlə görüşüb

05.12.2025 / Xəbərlər

Məlum olduğu kimi, Prezident İlham Əliyev bir müddət öncə Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə verilən həmin qərara əsasən, alimlər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Şöhrət” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni, həmçinin “Tərəqqi” medalı ilə mükafatlandırılıblar. 

Elm və təhsil naziri Emin Əmrullayev təltif edilən alimlərin bir qrupu ilə görüşüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, nazirlikdə keçirilən görüşdə nazir Emin Əmrullayev həm alimlərə mükafatlarını təqdim edib, həm də onlarla fikir mübadiləsi apararaq elmin inkişafı istiqamətində həyata keçirilən islahatlarla bağlı fikir və rəylərini öyrənib. 

Nazir alimləri təbrik edərək onların əməyini yüksək qiymətləndirib: “Elmlə məşğul olmaq kifayət qədər ağır zəhmət tələb edir. Elmlə məşğul olan insanların bir çox sahələrdə uğur qazanmaq ehtimalı çox böyükdür. Başqa işlərlə məşğul ola biləcəyi halda həyatını elmə həsr etmək hər adama nəsib olmur. Ona görə istərdim ki,  bu fürsətdən istifadə edib sizə dərin minətdarlığımı bildirim”. 

Alimlər əməklərinə verilən dəyərə görə nazirə təşəkkür edib, elmdə inkişafa mane olduğunu düşündükləri məsələlərə diqqət çəkib, hazırda gedən proseslə bağlı düşüncələrini paylaşıb, görülən bir çox işi təqdir etdiklərini deyiblər. Belə görüşlərin mütəmadi keçirilməsi planlaşdırılıb.

Müzakirə şəraitində keçən görüşdən razı qaldıqlarını deyən alimlər təəssüratlarını “Azərbaycan müəllimi” ilə də bölüşüblər.

“İşlərimizdə müasir üsullardan istifadə edirik”

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun şöbə müdiri professor Qalib Əfəndiyev mükafatlandırıldığından xəbərsiz olduğunu söyləyib:

“Prezidentimizin sərəncamı çıxanda ezamiyyətdəydim. “Prezidentin fəxri diplomu” ilə mükafatlandırılmışam. Zəng edib təbrik edənlərdən öyrəndim ki, belə bir mükafata layiq görülmüşəm. 55 ildir elmlə məşğulam. Neft və qaz quyularının qazılması texnologiyası ilə məşğul oluram. İşlərimizdə müasir üsullardan istifadə edirik. Bu sahədə bacardığımı etməyə çalışmışam. Kiçik əməyimə verilən yüksək qiymətdir”.

“Zəhmətim öz bəhrəsini gördü”

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva da mükafat alanlar arasındadır. O, “Tərəqqi” medalı ilə təltif edilib:

“1980-ci ildən, yəni 45 ildir Milli Elmlər Akademiyasında çalışıram. İndiyədək Azərbaycana 27 kadr vermişəm. Onlardan 7 nəfər elmlər doktoru, 20 nəfəri fəlsəfə doktorudur. 20-yə yaxın kitabım, 300-dən çox elmi əsərim var. Bu sahədə olmaq mənə daim xoşbəxtlik gətirib. Təltif edilənlərdən biri olmağım məni ikiqat sevindirdi. Zəhmətim öz bəhrəsini verdi. Medalı nazirdən almaq isə xoşbəxtliyimi daha da artırdı. Nazirimiz Botanika İnstitutunda inkişafa səbəb olan bir çox işlərdə bizə dəstək olub. 21 xarici universitetlə əməkdaşlığımız var, bir çox tədqiqatlarımızı müştərək həyata keçirir, gənclərimizi təlimlərə göndəririk. Bu, elmin inkişafının göstəricilərindən biridir”.

“Dövlət alimlərin fəaliyətini izləyir, qiymətləndirir”

Tanınmış geoloq alim, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Əkpər Feyzullayevin ilk mükafatı deyil:

“53 ildir ki, geologiya sahəsində çalışıram və dəfələrlə əməyim mükafatlandırılıb. Bu da o deməkdir ki, dövlət alimlərin fəaliyyətini izləyir, qiymətləndirir. Prezident İlham Əliyevə bu mükafata görə təşəkkürümü bildirirəm. Bu dəfə də məni “Şöhrət” ordeni ilə təltif edib. Ordenimi Emin Əmrullayevdən aldım və buna görə də çox şadam”.

muallim.edu.az

Tweet
ELANLAR
  • 02.03.2026
    4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək
  • 27.02.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 27.02.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
  • 26.02.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi