AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Emin Əmrullayev: Elmin populyarlaşdırılması üçün ardıcıl addımlar atılır

05.12.2025 / Xəbərlər

“Yusif Məmmədəliyevin elmi irsi kimya sənayesində, elmi-tədqiqat müəssisələrində və ali təhsil proqramlarında geniş şəkildə tətbiq olunur. Bu istiqamətdə aparılan tədqiqatlar innovativ neft-kimya sahələrinin, yüksək oktanlı yanacaqların, sintetik və müasir katalizator sistemlərinin yaradılması üçün mühüm nəzəri baza rolunu oynayır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

Nazir bildirib ki, akademikin elmi irsi hər zaman dövlət səviyyəsində yüksək qiymətləndirilib:

“Məsələn, Azərbaycan Prezidentinin 5 iyul 2025-ci il tarixli sərəncamı ilə alimin 120 illik yubileyinin ölkə səviyyəsində qeyd olunması onun xidmətlərinin bu gün də mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir. Sərəncamda haqlı olaraq vurğulanır ki, geniş istiqamətli fundamental tədqiqatları səmərəli pedaqoji fəaliyyətlə paralel şəkildə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı neft-kimya məktəbi ölkənin sərhədlərindən çox-çox uzaqlarda tanınıb. Qeyd etmək lazımdır ki, akademikin əvvəlki yubileylərinin UNESCO səviyyəsində qeyd olunması da onun elmi fəaliyyətinin qlobal miqyasda qəbul olunmasının bariz nümunəsidir”.

Nazir əlavə edib ki, bu gün Elm və Təhsil Nazirliyi elmin populyarlaşdırılması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, geniş tədqiqatçı kütləsinin dəstəklənməsi istiqamətində ardıcıl addımlar atır. Bu çərçivədə akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə elm və təhsil müəssisələrində ölkə ictimaiyyətinə, alimlərə və tələbələrə onun həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verən seminarlar təşkil olunur.

Elm və ali təhsil müəssisələrində onun elmi irsinə həsr olunan silsilə tədbirlər  konfranslar, simpoziumlar, seminarlar keçirilir, ali məktəb tələbələrinə müvafiq mövzular üzrə tədqiqat tapşırıqları verilir.

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi