AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Tədqiqatçılar qaraciyər xərçənginin diaqnostikası və proqnozlaşdırılmasında süni intellektin rolunu araşdırırlar

05.12.2025 / Maraqlı məlumatlar

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 14 milyondan çox insan xərçəng xəstəliyindən əziyyət çəkir. Ölüm göstəricilərinə görə ikinci yerdə dayanan qaraciyər xərçənginin 80 faizini hepatosellülar karsinoma (HSK) təşkil edir. Bu xəstəlik erkən diaqnostika aparıldıqda daha effektiv şəkildə müalicə oluna bilər.

Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Lalə Qarayeva məlumat verib. O, HSK-nın diaqnozu və proqnozlaşdırılması zamanı çoxsaylı, strukturlaşdırılmamış göstəricilərin həkim səhvlərinə səbəb olma ehtimalına diqqət çəkərək bu problemin tibbi qərarların qəbulunu dəstəkləyən intellektual sistemlərin yaradılmasını zəruri etdiyini söyləyib: “Belə sistemlərin qurulmasında maşın təlimi (machine learning) və dərin təlim (deep learning) metodlarının tətbiqi mühüm rol oynayır”.

L. Qarayeva bildirib ki, tədqiqat çərçivəsində Portuqaliya Universiteti Xəstəxanasında HSK-dan əziyyət çəkən 204 xəstənin məlumatları əsasında formalaşdırılmış “Kaggle HCC Dataset” bazası seçilmiş və verilənlərdəki kliniki əlamətlər analiz olunub. Hədəf sinfi xəstələrin birillik nəticələrinə əsasən, “ölən” və “yaşayan” kimi ikili təsniflə aparılıb.

“Tədqiqat mənbəyi kimi seçilmiş Azərbaycan Tibb Universiteti və Türkiyənin Malatya İnönü Universitetinin Qaraciyər Nəqli İnstitutunun birgə əməkdaşlığı nəticəsində yaradılmış milli HSK üzrə kliniki xəstələr haqqında verilənlər bazasında məlumat boşluqlarının doldurulması üçün MICE (Multiple Imputation by Chained Equations) metodu tətbiq edilib. Bu metodun üstünlükləri natamam məlumatlarla işləmə qabiliyyəti, verilənlərdəki təbii dəyişkənliyi qoruması və daha etibarlı nəticələr əldə etməsi ilə əsaslandırılıb”, - deyə L.Qarayeva bildirib.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi