AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik İsa Həbibbəyli Çin Elm və Texnologiya Assosiasiyasının direktoru ilə görüşüb

09.12.2025 / Xəbərlər

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli Çin riyaziyyatçısı Liu Huinin 1800 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Elm və Texnologiya Assosiasiyasının direktoru Ruan Cao və nümayəndə heyəti ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyini, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini söyləyib.

Akademik İsa Həbibbəyli Azərbaycan ilə Çinin akademik və ali təhsil müəssisələri arasında da son illərdə münasibətlərin genişləndiyini, Milli Elmlər Akademiyasının Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini bildirib. Bundan əlavə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin Tədqiqatları Mərkəzinin doktorantı tərəfindən Çin arxetipləri haqqında fəlsəfə doktorluğu dissertasiyasının müdafiə edildiyini diqqətə çatdırıb. Bundan əlavə, Ədəbiyyat İnstitutunda Azərbaycan şairlərinin Çinə həsr olunmuş şeirlərinin toplanaraq çapa hazırlanması barədə qonağa məlumat verib.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın 80 illik yubiley yığıncağında iştirak etmək üçün ötən ay Çindən geniş nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu, həmin alimlərlə səmərəli görüşlərin keçirildiyini bildirib.

Son illərdə Akademiyada aparılan tədqiqatlar barədə qonağa məlumat verən akademik İsa Həbibbəyli bu gün humanitar və ictimai elmlərdə süni intellektin tətbiqi və rəqəmsal inkişafın təmin edilməsinin başlıca hədəflərdən olduğunu deyib.

AMEA rəhbəri Çin Elm və Texnologiya Assosiasiyası ilə də əməkdaşlığın faydalı olacağını söyləyib, gələcək tərəfdaşlıq üçün təkliflərini diqqətə çatdırıb.

Sonra çıxış edən Çin Elm və Texnologiya Assosiasiyasının direktoru Ruan Cao səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Rəhbərlik etdiyi qurum barədə məlumat verən Ruan Cao AMEA və Azərbaycan alimləri ilə müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını deyib, təkliflərini dilə gətirib. Qonaq dünya şöhrətli riyaziyyatçı Liu Huinin yubileyinin Parisdə və bir sıra şəhərlərdə keçirildiyini, Azərbaycanın da yubiley tədbirinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi