
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçirilib
09.12.2025 / Xəbərlər
9 dekabr 2025-ci il tarixində AR ETN İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi seminarı keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər və Sumqayıt Dövlət Universitetinin Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının baş müəllimləri Sevinc Cavadova və Könül Əliyeva iştirak ediblər.
Seminarda institutun “Süni intellekt metodlarının tətbiqi ilə tanıma məsələlərinin tədqiqi” laboratoriyasının elmi işçisi Əliyeva Aynur Eldar qızı “İnformatikanı sərbəst öyrənmənin intellektuallaşdırılması və biliyin qiymətləndirməsi üçün yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müxtəlif suallar cavablandırılıb.


