AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Qətərdə ikinci Qlobal Süni İntellekt Sammiti işə başlayıb

10.12.2025 / Xəbərlər

Bu gün Qətərdə ikinci Qlobal Süni İntellekt Sammiti işə başlayıb. “Süni intellektin gələcəyini birlikdə quraq” şüarı altında keçirilən tədbirdə süni intellekt və qabaqcıl texnologiyalar sahəsində yüksəkvəzifəli rəsmilər, liderlər, ekspertlər və sahibkarlar geniş şəkildə iştirak edirlər.

AZƏRTAC QNA agentliyinə istinadla xəbər verir ki, iki gün davam edəcək sammit çərçivəsində bu gün ərəb dili üçün generativ süni intellekt modeli sayılan Fanar 2.0 platformasının yenilənmiş versiyası təqdim edilib. Eyni zamanda, bir sıra qlobal və yerli texnologiya şirkətləri ilə əməkdaşlıq və tərəfdaşlıq sazişləri imzalanıb.

Qətərin rabitə və informasiya texnologiyaları naziri Məhəmməd bin Əli əl-Mənai bildirib ki, bu sammit vasitəsilə dünya texnologiya liderləri ilə tərəfdaşlıqlar gücləndirilir, dövlət qurumlarında süni intellekt həllərinin tətbiqi sürətləndirilir və bu işlər “Rəqəmsal Gündəm 2030” və “Qətər Milli Vizyonu 2030”un hədəfləri ilə uyğunlaşdırılır.

Sammitdə müzakirələr dörd əsas istiqamət üzrə aparılacaq:

• “Əsas platforma” inkişaf etmiş süni intellekt, əlaqədar siyasət və qanunvericilik, növbəti nəsil “ağıllı” texnologiyalar infrastrukturunu müzakirə edir.

• “Süni intellektin tətbiqini sürətləndirmə” “ağıllı” tətbiqlərin yayılmasının sürətləndirilməsi, praktiki iş nümunələrinin təhlili, o cümlədən enerji sektorunun gələcəyini diqqət ayırır.

• “Qabaqcıl texniki sessiyalar” hissəsində tədqiqat və akademik texnologiyalar, gələcəyi formalaşdıran innovasiyalar barədə söhbət açılır.

• “Qlobal süni intellektin sərhədləri” süni intellekt imkanlarının genişləndirilməsi, məsuliyyətli süni intellekt mövzuları müzakirə olunur və Qətər Universiteti ilə əməkdaşlıqda səhiyyə texnologiyaları üzrə ixtisaslaşmış hakaton təşkili planlaşdırılır.

Sammitin ikinci günündə müxtəlif ölkələrdən gələn ekspertləri, innovatorları və sahibkarları bir araya gətirən genişmövzulu ixtisaslaşmış sessiyalar və interaktiv seminarlar keçiriləcək. Burada süni intellektin gələcəyi və onun əsas sektorlar üzrə praktiki tətbiqləri müzakirə olunacaq. Eyni zamanda, iştirakçılar üçün ikitərəfli görüşlər, startaplarla investorların əlaqələndirilməsi üçün xüsusi platformalar və dövlət qurumları ilə qlobal tərəfdaşlar arasında təcrübə mübadiləsi imkanları yaradılacaq.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi