AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ChatGPT artıq Adobe tətbiqləri ilə fotoları və PDF-ləri pulsuz redaktə edə bilir

11.12.2025 / Maraqlı məlumatlar

Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ChatGPT istifadəçiləri artıq Adobe-nin Photoshop, Acrobat və Adobe Express tətbiqlərini birbaşa çatbot içində istifadə edərək şəkil və PDF redaktəsi edə biləcəklər. Bu inteqrasiyanın əsas üstünlüyü odur ki, istifadəçilər əlavə proqram açmadan yalnız təsviri şəkildə nə istədiklərini yazaraq fotoları və sənədləri redaktə edə bilirlər.

Adobe tətbiqlərini aktivləşdirmək üçün sadəcə faylı yükləmək və məsələn belə yazmaq kifayətdir: “Adobe Photoshop, bu şəkilin arxa fonunu bulanıqlaşdır.” Eyni söhbət daxilində istifadəçi artıq tətbiqin adını təkrarlamadan əlavə dəyişikliklər edə bilər. Verilən tapşırıqdan asılı olaraq Adobe istifadəçiyə bir neçə nəticə təqdim edə bilər və ya Photoshop-da olduğu kimi kontrast, parlaqlıq və digər parametrləri manuel tənzimləmək üçün xüsusi UI elementləri göstərə bilər.
Bu inteqrasiya Adobe-nin masaüstü proqramlarının bütün gücünü təqdim etmir, lakin əsas funksiyalar tam istifadəyə açıqdır. Photoshop ChatGPT daxilində şəkillərin müəyyən hissələrini redaktə etmək, kreativ effektlər tətbiq etmək, parlaqlıq, kontrast, ekspozisiya kimi parametrləri dəyişmək imkanı verir. Acrobat tətbiqi isə PDF sənədlərini redaktə etmək, sıxmaq, digər formatları PDF-ə çevirmək, mətn və cədvəlləri çıxarmaq, bir neçə faylı birləşdirmək kimi imkanlar təqdim edir.
Adobe Express isə sosial media qrafikləri, posterlər, dəvətnamələr kimi dizaynları həm yaratmaq, həm də redaktə etmək üçün nəzərdə tutulub. İstifadəçi ChatGPT-dən çıxmadan mətn və şəkilləri dəyişə, rənglərə düzəliş verə, hətta dizayn elementlərini animasiya edə bilər. Daha detallı redaktə etmək istəyənlər isə layihəni Adobe-nin orijinal tətbiqlərində açaraq işə davam edə bilərlər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi