AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA Rəyasət Heyətinin iclası keçirilib

12.12.2025 / Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ 2025-ci il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantların dissertasiya mövzusu və elmi rəhbərlərinin təsdiq olunması haqqında olub.

Rəyasət Heyətinin qərarı ilə 2025-ci il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantların dissertasiya mövzusu və elmi rəhbərləri təsdiqlənib.

İclasda, həmçinin AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində elan olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc tədqiqatçıların müsabiqəsinin nəticələri elan edilib.

Akademik İsa Həbibbəyli bildirib ki, qərarın qəbul edilməsində əsas məqsəd gənc alimlərin yaradıcılıq potensialının üzə çıxarılması, süni intellekt və rəqəmsal texnologiyaların humanitar və ictimai elmlərə tətbiqinin təşviqi, eləcə də elmi fəaliyyətin müasir çağırışlara uyğun inkişafının təmin edilməsidir.

Sonra Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri nəticələri təqdim edib. Diqqətə çatdırıb ki, Rəyasət Heyətinin Qərarına əsasən müsabiqənin təşkili məqsədilə komissiya yaradılıb, müsabiqənin keçirilməsi barədə AMEA-nın rəsmi internet səhifəsində müvafiq elan yerləşdirilib. Daxil olmuş məqalələr komissiya tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və müsabiqənin nəticələri yekunlaşdırılıb.

Müsabiqəsinin nəticələrinə əsasən, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Ləman Rüstəmli I yerin sahibi olub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayev və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Röya Mirzəbəyova II yer, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əyani doktorantı Cahandar Cabarov, AMEA-nın Gəncə Bölməsinin əməkdaşı İlahə Əsədzadə və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı Rüzgar Camal III yeri tutublar. Həmçinin 13 nəfər həvəsləndirici mükafata layiq görülüb.

Rəyasət Heyətinin qərarı ilə müsabiqə qalibləri pul mükafatı və diplomla təltif ediliblər.

Tədbirdə, o cümlədən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.

Həmçinin AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 illik yubileyi haqqında qərar qəbul edilib. Rəyasət Heyətinin iclasında, o cümlədən gündəlikdə nəzərdə tutulan bir sıra digər məsələlərə də baxılıb.

İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, professor İlham Məmmədzadə, filologiya elmləri doktoru Hikmət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi