AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Meta yeni AI modeli üçün ödənişli giriş planlaşdırır

12.12.2025 / Maraqlı məlumatlar

Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta şirkəti gələcəkdə buraxacağı yeni süni intellekt modeli üçün ödəniş tələb edə bilər. Bloomberg-in məlumatına görə, hazırda Meta-nın üzərində işlədiyi və daxili olaraq “Avocado” kod adı ilə tanınan model şirkətin indiyədək davam etdirdiyi “açıq mənbə” strategiyasından qismən uzaqlaşmasının ilk nümunəsi ola bilər.

Meta keçən il Llama 4 modelini təqdim etsə də, bu buraxılış gözləntiləri doğrultmadı. Şirkət AI benchmark testlərini manipulyasiya etməkdə tənqid olundu və daha iri həcmli “Behemoth” versiyasını gecikdirmək məcburiyyətində qaldı. Bloomberg-in məlumatına görə, Mark Zuckerberg həmin layihəni dayandıraraq, daha fərqli və iddialı istiqamətə keçmək qərarı verib.
30 iyul tarixli daxili memoda Zuckerberg qeyd edib ki, Meta “şəxsi superintellekt” üzərində işləyir və bu mərhələdə açıq mənbə siyasətinə əvvəlki qədər geniş şəkildə davam etmək təhlükəsizlik riskləri yarada bilər. Buna görə də, şirkət hansı modelləri açıq şəkildə paylaşacağına daha ehtiyatla yanaşmalıdır. Meta rəhbərliyinin AI planındakı bu dəyişikliklərlə paralel olaraq, Zuckerberg-in vaxtının böyük hissəsini yeni işə götürülmüş mütəxəssislərlə birlikdə çalışdığı TBD Lab adlı xüsusi qrup tutur. The New York Times-ın yazdığına görə, bu komanda şirkətin Menlo Park qərargahında Zuckerberg-in ofisinə yaxın olan xüsusi, qapalı zonada fəaliyyət göstərir.
 
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi