
10 dekabr 2025-ci il tarixində elan edilmiş ümumi müsahibə üzrə qeydiyyatdan keçən namizədlərin nəzərinə!
15.12.2025 / Xəbərlər
“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçıları aparatlarının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı” yeni redaksiyada verilmişdir.
Bununla əlaqədar 10 dekabr 2025-ci il tarixində elan edilmiş ümumi müsahibə elanında yerli icra hakimiyyətləri üzrə təqdim edilmiş vakant vəzifələr elandan çıxarılmışdır.


