AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Sentyabrdan yeni nəsil doktorantura proqramlarına başlanılacaq

17.12.2025 / Xəbərlər

“Növbəti sentyabrdan strukturlaşmış doktorantura proqramına başlanılacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimində deyib.

Nazir bildirib ki, strukturlaşmış, yəni əvvəli və nəticəsi bilinən yeni nəsil doktorantura proqramlarına başlaya biləcəyik. Xüsusilə məktəb və ali təhsil mərhələsində uzun illər ərzində formalaşmış problemlər nəticəsində elmi düşüncə, analitik yanaşma və metodoloji hazırlıq kifayət qədər inkişaf etməyib. Bunun nəticəsində yeni nəsil hələ doktorantura mərhələsindən etibarən elmi-tədqiqat fəaliyyətinə tam hazır vəziyyətdə başlaya bilmir:

“Bu isə çox ciddi problemdir. Çünki müşahidələr göstərir ki, doktorantura səviyyəsində əsas çatışmazlıq real elmi araşdırma aparmaq bacarığının, tənqidi düşüncənin və metodoloji əsasların yetərincə formalaşmamasıdır. İnsanlar elmi fəaliyyəti necə planlamağı, necə ölçmə aparmağı, nəticəni necə əsaslandırmağı sistemli şəkildə öyrənmirlər”.

O əlavə edib ki, metodologiya isə istənilən fəaliyyətin, istər elmi, istər sosial, istərsə də praktik sahənin əsas dayağıdır. Metodologiya olmadan nə davamlı elmi iş qurmaq mümkündür, nə də uzunmüddətli nəticə əldə etmək. Bu boşluq gələcəkdə daha böyük fəsadlara yol açır:

“Sosial layihələr yaranmır, elmi ənənələr formalaşmır, tarixi ardıcıllıq və institusional yaddaş qurulmur. Bu problem ani və asan həll olunan məsələ deyil. Çox spesifik və dərin köklərə malik bir problemdir. Uzun müddət ərzində insanlar sistemli və metodoloji yanaşma ilə fəaliyyət göstərmədikdə, bu, ümumi düşüncə tərzinə çevrilir və nəticədə elmi və intellektual inkişaf ləngiyir”.

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi