AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni qayda təsdiqlənib

18.12.2025 / Xəbərlər

2025-ci il 9 dekabr tarixində Nazirlər Kabinetinin qərarı ilə “Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Yeni qayda dövlət informasiya sistemləri və ehtiyatlarının, eləcə də dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin vahid meyarlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.

Qiymətləndirmə prosesi ildə bir dəfə olmaqla müraciət, emal, nəticənin təqdim edilməsi kimi mərhələləri əhatə edəcək və müyəssərlik, məlumatların idarə olunması, inteqrasiya və təhlükəsizlik kimi əsas meyarlar əsasında aparılacaq. Qiymətləndirmənin nəticəsi 5 ulduzlu sistem əsasında hesablanacaq, qiymətləndirilməsi aparılan quruma cari vəziyyət və təkmilləşdirmə istiqamətləri barədə arayış təqdim ediləcək. Qiymətləndirilmə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qaydaya əsasən, elektron xidmətlərin funksionallığı və istifadə rahatlığı üzrə testlər keçiriləcək, istifadəçi rəyləri toplanacaq, yerində baxışlar aparılacaq, məlumatların dəqiqliyi və əlçatanlılığı yoxlanılacaq. Dövlət qurumları qiymətləndirmə üçün tələb olunan məlumatları təqdim etməli və aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görməlidirlər.

Qiymətləndirmənin ümumiləşdirilmiş illik hesabatı növbəti il martın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq və nəticələr rəsmi internet resursunda açıqlanacaq.

Yeni qaydanın tətbiqi rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasına, dövlət informasiya sistemlərinin etibarlılığının və dayanıqlılığının təmin edilməsinə, həmçinin rəqəmsal hökumət standartlarının daha da təkmilləşdirilməsinə imkan yaradacaq.

nmincom.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi