AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

"Meta" istifadəçilərin yaşını yoxlamaq üçün yeni sistem tətbiq edəcək

18.12.2025 / Maraqlı məlumatlar

ABŞ-nin "Meta" şirkəti 2026-cı ilə qədər bir çox ölkədə istifadəçilərin yaşını yoxlamaq üçün "AgeKey" sistemini tətbiq etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bunu "Financial Times" nəşrinə açıqlamasında şirkətin təhlükəsizlik rəhbəri Antigone Davis bildirib.

"Müxtəlif ölkələrdə bizim kimi şirkətlərin istifadə etməli olduğu yaşı müəyyən edən sistemlər mövcuddur. Hazırda bu bazarda müxtəlif variantlardan istifadə olunur, ona görə də biz kompleks yanaşmadan istifadə etməyə çalışırıq", - o deyib.

Onun sözlərinə görə, "AgeKey" smartfonlarda barmaq izlərini tanımaq və ya cihazların kilidini açmaq üçün üz tanıma üçün istifadə olunan "Passkey"lə eyni texnologiyadan bəhrələnəcək.

"Meta"nın hazırda "AgeKey"i tətbiqlərinə inteqrasiya etmək üçün Sinqapurun "K-ID" şirkəti ilə əməkdaşlıq etdiyi bildirilir. Həmin şirkət hazırda "Discord" və "Snap" kimi xidmətlərlə işləyir və onlara istifadəçi yaşına əsasən kontent çatdırılmasını fərdiləşdirməyə kömək edir.

Qeyd edək ki, bir çox ölkələr yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə məhdudiyyətlər və qadağalar tətbiq etməyə başlayıblar. Dekabrın 9-da Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun qüvvəyə minib. Danimarka 2026-cı ilə qədər yaşı 15-dən aşağı olan yeniyetmələrin sosial mediaya çıxışını məhdudlaşdırmağı planlaşdırır. Bundan əlavə, Fransa prezidenti Emmanuel Makron 15 və ya 16 yaşdan kiçik adamların sosial mediaya çıxışını qadağan edən qanunun qəbulunu tələb etmək niyyətindədir.

oxu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi