AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Euronews”da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında xüsusi veriliş yayımlanıb

18.12.2025 / Mühüm xəbərlər

“Euronews” telekanalında regionun əhəmiyyətli rəqəmsal bağlantı layihəsi olan Transxəzər Fiber-Optik Kabel Xətti haqqında xüsusi veriliş yayımlanıb. 

“Azerbaijan Diary” (“Azərbaycan Gündəliyi”) verilişinin buraxılışında bildirilib ki, “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) təşəbbüsünün mühüm komponenti olan layihə Xəzər dənizinin dibi ilə ilk fiber-optik infrastrukturun yaradılmasını nəzərdə tutur.

“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin sürətlə inkişaf edən Orta Dəhliz regionu üçün yaradacağı üstünlüklər, həmçinin layihənin icrasına dair son yenilikləri diqqətə çatdırıb. O, vurğulayıb ki, dayanıqlı fiber-optik xətt regionun İKT ekosisteminin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirəcək: “Transxəzər Fiber-Optik Kabel Xətti Avropa ilə Asiya arasında daha qısa, balanslı və şaxələndirilmiş məlumat ötürülməsini dəstəkləyən və strateji mövqeyə sahib olan rəqəmsal marşrut olaraq fəaliyyət göstərəcək”.

Verilişdə, həmçinin layihənin əsas texniki göstəriciləri barədə detallı məlumatlar təqdim olunub. Qeyd edilib ki, tikintisi 2026-cı ilin sonunadək tamamlanması gözlənilən kabel xətti regionda texnoloji asılılığın azalmasına, rəqəmsal xidmətlərin çeşidinin genişlənməsinə və ölkələr, bizneslər, icmalar üçün yeni imkanların yaranmasına şərait yaradacaq.

“Euronews”un Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında hazırladığı xüsusi verilişi təqdim edirik:

“AzerTelecom” haqqında “AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər telekommunikasiya xidmətləri təqdim edir. Şirkət yerli, regional və beynəlxalq istiqamətlərdə sürətlə inkişaf edir, həmçinin cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyaları və innovasiyaları tətbiq edir.

AzerTelecom müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.

qafqazinfo.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi