
İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları keçirilir
19.12.2025 / Xəbərlər
18 dekabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclasında bir sıra struktur bölmələrin cari il üzrə hesabatları dinlənilib. Tədbirdə institutun rəhbərliyi, Elmi şura üzvləri və bir sıra əməkdaşlar iştirak ediblər.
İclasda institutun Fövqəladə hallarda idarəetmə, İnformasiyanın intellektual emalı sistemləri, Biliklərin intellektual analizi, Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyalarının və Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsinin 2025-ci il üzrə hesabatları dinlənilib.
Sonda hesabatlarla bağlı geniş müzakirələr aparılıb, açıq səsvermə yolu ilə hesabatlar müsbət qiymətləndirilib.


