AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına qeydiyyat üçün son üç gün qaldı

19.12.2025 / Maraqlı məlumatlar

Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan "IT SkillSprint"in qeydiyyatına son üç gün qalıb. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "Ironhack" tədris şirkətinin tərəfdaşlığı ilə icra olunur.

Proqramın məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet-sənaye əməkdaşlığını inkişaf etdirməkdir. Eyni zamanda, layihə Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarını tətbiq etməyi hədəfləyir.

Proqram "DevOps və Cloud Computing", "Data və AI", "Cybersecurity", "Web Development" istiqamətlərini əhatə edəcək. Tədris hibrid formatda təşkil olunacaq və proqramın müxtəlif mərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv dərslər aparacaqlar. "Bootcamp" formatında baş tutacaq tədris tələbələrə real layihələr üzərində çalışmaq və portfel formalaşdırmaq imkanı təqdim edəcək. Proqram çərçivəsində tələbələr üçün hakatonlar, karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişaf imkanları da təşkil olunacaq. Tədrisi uğurla tamamlayan tələbələr beynəlxalq səviyyədə tanınan "Ironhack" şirkəti tərəfindən sertifikat əldə edəcəklər.

Proqram ali təhsil müəssisələrinin üçüncü kursunun ikinci yarımilində təhsil alan, 400 və üzəri balla universitetə daxil olmuş tələbələrə şamil olunur.

Qeyd edək ki, istənilən ixtisas üzrə təhsil alan tələbələr proqramda iştirak edə bilərlər. İştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq.

Proqram 2026-cı ilin fevral-iyul ayları olmaqla ümumilikdə altı ay davam edəcək. Bu müddətdə iştirak edən tələbələrin kreditləri universitetlər tərəfindən tanınacaq. Beləliklə, iştirakçılar digər fənlərdən azad edilərək yalnız bu tədris proqramına fokuslana biləcəklər.

Layihə pilot xarakter daşıyır və bu mərhələdə yalnız seçilmiş universitetlər iştirak edə bilər.

Qeydiyyat üçün link: https://ironhack.typeform.com/idda-ironhack

Son qeydiyyat tarixi: 20 dekabr 2025-ci il

Qeyd edək ki, texnologiya üzrə qlobal tədris şirkəti olan "Ironhack" 2013-cü ildən etibarən tələbələrə beynəlxalq İT sahəsində praktik bacarıqlar qazandırır. Bu günə qədər 25 000-dən çox məzun yetişdirən şirkət məzunlarının 75%-nin proqramı bitirdikdən sonra işlə təmin olunmasını təmin edib. Həmçinin, məzunlar 800-dən çox qlobal şirkətdə çalışırlar.

oxu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi