AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Claude-un Chrome plaqini artıq bütün ödənişli istifadəçilər üçün açıqdır

23.12.2025 / Maraqlı məlumatlar

Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Anthropic şirkəti Claude üçün hazırladığı Google Chrome plaqinini artıq bütün ödənişli istifadəçilər üçün istifadəyə verib. Bundan əvvəl bu imkan yalnız aylıq 200 dollar olan Max plan abunəçilərinə açıq idi.

Claude-un Chrome plaqini istifadəçilərə brauzerin istənilən hissəsində süni intellektə sürətli çıxış imkanı yaradır. Əsas fərqləndirici xüsusiyyət isə Claude-un saytlarla birbaşa qarşılıqlı əlaqə qura bilməsidir. Anthropic-in bildirdiyinə görə, Claude formaları doldura, təqvim və e-poçtları idarə edə, həmçinin bir neçə mərhələdən ibarət tapşırıqları tək bir sorğu əsasında icra edə bilir. Plaqinin son versiyasında Claude Code inteqrasiyası da mövcuddur. İstifadəçilər müəyyən bir iş prosesini qeydə alaraq Claude-a “öyrədə” və gələcəkdə həmin əməliyyatları avtomatik yerinə yetirməsini təmin edə bilirlər.
Anthropic uzun müddətdir “computer use”, yəni süni intellektin kompüter interfeyslərini başa düşməsi və onlarla işləməsi üzərində fokuslanırdı. Bu yanaşma bu gün “agent” anlayışının əsas texnoloji bazalarından biri sayılır və məhz bu bacarıqlar Claude-un Chrome plaqinini mümkün edir. Bənzər agent funksiyalarını OpenAI və Perplexity də öz məhsullarında təqdim edir. Onların müvafiq brauzer həlləri ChatGPT Atlas və Comet vasitəsilə AI modelləri istifadəçi adından vebdə aktiv şəkildə hərəkət edə bilir.
Hazırda bu sahədə geridə qalan yeganə böyük oyunçu Google hesab olunur. Gemini Chrome daxilində səhifələrlə bağlı suallara cavab versə də, hələlik istifadəçi adından saytları idarə etmir. Bu funksiyalar ilk dəfə Project Mariner çərçivəsində nümayiş etdirilib və gələcəkdə istifadəyə veriləcəyi gözlənilir.
 
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi