AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu

30.12.2025 / Maraqlı məlumatlar

Azərbaycanın aparıcı internet provayderlərindən olan “Azeronline” ölkə üzrə genişzolaqlı internet sürətinin yüksəldilməsi və yüksəkkeyfiyyətli bağlantının təmin edilməsi istiqamətində həyata keçirdiyi texnoloji yeniliklər nəticəsində sabit internet xidməti üzrə ölkə lideri olub. Şirkətin şəbəkəsinin modernizasiyası, fiber-optik infrastrukturunun genişləndirilməsi və müasir avadanlıqların tətbiqi real internet sürətinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəsmi açıqlamasına əsasən, “Ookla Speedtest İntelligence” platformasının 2025-ci ilin noyabr ayına olan hesabatında “Azeronline” sabit internet provayderləri arasında ölkədə ən yüksək göstərici ilə 1-ci yerdə qərarlaşıb. Faktiki ölçmələr “Azeronline” platformalarında təqdim olunan real sürətin stabil və davamlı olduğunu göstərir. Bununla bərabər, gecikmə və yüklənmə göstəriciləri videoyayım, onlayn təhsil, “bulud” həlləri və digər yüksəktrafikli rəqəmsal xidmət və proseslər üçün optimal səviyyədə olduğunu təsdiqləyir.
“Ookla”nın “Speedtest Global Index” hesabatına əsasən, 2025-ci ilin noyabrında Azərbaycan ölkələr üzrə orta sürət reytinqində 86,15 Mb/s nəticə ilə 85-ci yerdə qərarlaşıb. Bu göstəricinin formalaşmasında “Azeronline”nın payı xüsusi vurğulanır. Belə ki, “Azeronline”ın təqdim etdiyi 100, 150 və 250 Mbit/s tarifləri üzrə aparılan faktiki ölçmələr abunəçilərin əldə etdikləri orta yükləmə sürətinin 168,74 Mbit/s təşkil etdiyini göstərir.
Qeyd edək ki, “Azeronline” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsində aktiv iştirakı ilə bölgələrdə genişzolaqlı internetə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verib. Layihə çərçivəsində şəbəkənin yenilənməsi nəticəsində şirkətin abunəçi bazası 11 dəfədən çox artıb.
“Azeronline” şəbəkənin dayanıqlığının artırılması, sürət göstəricilərinin daha da yüksəldilməsi və yeni nəsil texnologiyaların tətbiqinə yönəlik investisiyaları vasitəsilə Azərbaycanın rəqəmsal ekosisteminin gücləndirilməsi və rəqəmsal inkişafın sürətləndirilməsinə töhfə verməyə davam edəcək.

 

technote.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi