AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan 2025-ci ildə süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edən ölkə olub

06.01.2026 / Xəbərlər

“Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin yayımladığı “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi” (Government AI Readiness Index 2025) hesabatına əsasən, Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə mühüm irəliləyiş əldə edib. Ölkəmiz bir il ərzində 111-ci yerdən 70-ci yerə yüksəlib. Beləliklə, Azərbaycan 2025-ci ildə ən sürətli irəliləyişə nail olaraq illik müqayisədə ən böyük artım qeydə alınan ölkədir.

AZƏRTAC xəbər verir ki, hesabata əsasən, Azərbaycanın ümumi balı 48,96 təşkil edib ki, bu da Cənubi və Mərkəzi Asiya regionu üzrə orta göstərici hesab olunan 41,4 balı üstələyir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 39,92 olub. Eyni zamanda Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən yüksək nəticə göstərib.

Bu nəticə Azərbaycanın dövlət idarəçiliyində rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal infrastrukturun gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı istiqamətində atdığı ardıcıl addımların göstəricisidir.

Hesabatda qeyd olunur ki, Cənubi və Mərkəzi Asiya ölkələri e-hökumət xidmətlərinin genişləndirilməsi, hesablama gücünün artırılması, yerli innovasiya mühitinin formalaşdırılması və insan kapitalına yatırımlar hesabına süni intellektə hazırlıq səviyyəsini gücləndirir. Azərbaycanın qlobal reytinqdə sürətli yüksəlişi də bu regional tendensiyanın mühüm nümunələrindən biri kimi dəyərləndirilir.

Eyni zamanda vurğulanır ki, dövlət sektorunda süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal infrastrukturun inkişafı və innovasiya ekosistemlərinin gücləndirilməsi region ölkələrinin irəliləyişinə təkan verən əsas amillərdir. Azərbaycanın regional sıralamada ön mövqelərdən birində yer alması bu ümumi inkişaf xəttinin bariz göstəricisi hesab olunur.

Bu kontekstdə AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, insan kapitalının inkişafı və milli Süni İntellekt (Sİ) platformalarının formalaşdırılması istiqamətində görülən işlər ölkənin süni intellekt üzrə institusional potensialının möhkəmlənməsinə töhfə verir.

Belə ki, “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində süni intellektin dövlət idarəçiliyində tətbiqi, data əsaslı qərarvermə, Sİ infrastrukturunun inkişafı və sektorlar üzrə Sİ transformasiyası əsas prioritetlər kimi müəyyən edilib. Bu strateji yanaşma Azərbaycanın süni intellektə əsaslanan dövlət xidmətlərini genişləndirməyə, innovativ həllərin tətbiqini sürətləndirməyə və qlobal mövqeyini gücləndirməyə imkan yaradır.

azertag.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi