AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik İsa Həbibbəyli Albaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

12.01.2026 / Xəbərlər

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Albaniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüş zamanı çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan ilə Albaniya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib. Akademik İsa Həbibbəyli iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb, bu çərçivədə Azərbaycanla Albaniyanın elmlər akademiyaları, akademik qurumları arasında əlaqələrin qurulmasının və bu istiqamətdə əməkdaşlıq müqaviləsinin imzalanmasının məqsədəuyğun olacağını bildirib.

Görüşdə çıxış edən Albaniya Respublikasının Azərbaycandakı səfiri Besart Kadia isə ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin elmi-mədəni sahədə də genişləndirilməsinin vacibliyinə toxunub. Səfir Azərbaycan elminə və mədəniyyətinə böyük maraq göstərdiklərini vurğulayaraq, akademiyalar arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.

Görüş zamanı akademiyalararası əməkdaşlıq müqaviləsinin mətninin hazırlanaraq tərəflərlə razılaşdırılması qərara alınıb.

Çıxışlardan sonra akademik İsa Həbibbəyli qonağa Azərbaycanın tarixinə həsr olunmuş kitab hədiyyə edib. Qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, onun tarixi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, görüşdə Albaniya səfirliyinin diplomatı Koçi Dorian, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, həmin şöbənin əməkdaşı Röya Səfərova və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi