AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Bu universitetdə imtahanlar QR kodla keçirilir

13.01.2026 / Maraqlı məlumatlar

Azərbaycan Tibb Universitetinin (ATU) Təcili tibb kafedrası tədris prosesində innovativ yanaşma tətbiq edərək bir ilkə imza atıb.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, kafedrada keçirilən OSKİ imtahanları tamamilə yeni formatda təşkil olunub.

Yeni formatın əsas yeniliklərindən biri imtahan suallarında QR kodlardan istifadə edilməsi olub. Belə ki, QR kodlar vasitəsilə kardioqramma nəticələri, ultrasəs müayinəsinin göstəriciləri və digər vizual tibbi məlumatlar imtahan prosesinə daxil edilib.

OSKİ imtahanı 5 stansiyadan ibarət olub və hər stansiya üzrə tələbələrə 3 dəqiqə vaxt verilib. Stansiyalardan birində isə simulasyon pasient modeli tətbiq edilib. Ümumilikdə imtahanların təşkili prosesinə Həyat Teatr Klubunun 9 aktyor tələbəsi cəlb olunub. Belə ki, aktyor tələbələr şikayətçi xəstə rolunu canlandırıb, imtahan verən tələbə isə onu müayinə edib.

Qeyd olunub ki, təcili tibbi yardım şöbəsi digər şöbələrdən fərqli olaraq xüsusi yanaşma tələb edir. Bu şöbəyə müraciət edən xəstələr əksər hallarda panik vəziyyətdə, ağrılı və təcili müdaxiləyə ehtiyacı olan şəxslər olur. Yeni imtahan formatı tələbələrin bu cür real vəziyyətləri yaxından hiss etməsinə, stres altında düzgün diaqnoz qoyma bacarıqlarını yoxlamağa imkan yaradıb.

İmtahandan keçən tələbələr tətbiq olunan yeniliyi müsbət dəyərləndiriblər.

İmtahan prosesini ATU-nun tədris işləri üzrə prorektoru, professor Anar Ağayev, Təcili tibb kafedrasının müdiri, dosent Nadir Zeynalov, Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov və II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli izləyiblər. Prorektor tələbələrlə fikir mübadiləsi aparıb, diskussiya təşkil edib. Kafedra müdiri isə imtahanın bu formatda keçirilməsi və hazırlıq prosesi barədə ətraflı məlumat verib.

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi