AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kosmik əməkdaşlıq: "Azərkosmos" və "Starlink" texnologiyaları bir araya gəlir

13.01.2026 / Maraqlı məlumatlar

Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") təqdim etdiyi peyk rabitə xidmətləri çərçivəsində "Starlink" texnologiyası bəzi hallarda əlavə və ehtiyat rabitə həlli kimi nəzərdən keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq "Azərkosmos"dan bildirilib.

Qeyd olunub ki, xüsusilə dənizçilik (maritime) layihələrində müştərilərə əsas peyk xidmətləri ilə yanaşı alternativ rabitə vasitəsi kimi təklif olunması rabitənin davamlılığının təmin edilməsinə töhfə verir.

Bu yanaşma müxtəlif texnoloji həllərin bir-birini tamamlaması prinsipi əsasında müştərilərə daha etibarlı və fasiləsiz rabitə imkanlarının təqdim edilməsinə xidmət edir.

Qeyd edilib ki, "Starlink" aşağı orbitli peyk qruplaşması üzərindən internetə çıxış imkanı yaradan yeni nəsil rabitə texnologiyalarından biridir. Bu həll xüsusilə yerüstü infrastrukturun məhdud olduğu və ya mövcud olmadığı bölgələrdə internetə çıxışın təmin edilməsi baxımından alternativ imkanlar təqdim edir.

Xidmətin əsas üstünlükləri sırasında qlobal əhatə dairəsi, nisbətən yüksək sürət və aşağı gecikmə göstəriciləri yer alır. Bu xüsusiyyətlər real vaxt rejimində rabitə tələb edən tətbiqlər üçün əlavə imkanlar yaradır. Eyni zamanda, sistemin daşınabilən olması müvəqqəti və səyyar fəaliyyətlər zamanı internetə operativ çıxışı mümkün edir.

Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycanda "Starlink" qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib. İyun ayında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Starlink Azerbaijan" MMC-ni rəsmi olaraq uçota alıb.

oxu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi