
"Apple" "Creator Studio" abunə xidmətini istifadəyə verdi
15.01.2026 / Maraqlı məlumatlar
"Apple" şirkəti kontent yaradıcıları üçün "Creator Studio" adlı yeni abunə xidmətinin istifadəyə verildiyini elan edib.
Oxu.Az şirkətin saytına istinadən xəbər verir ki, xidmət 28 yanvar 2026-cı il tarixindən etibarən əlçatan olacaq və aylıq 12.99 dollar, illik isə 129 dollar təşkil edəcək.
"Creator Studio" "Mac" və "iPad" cihazlarında video, şəkil və audio ilə işləmək üçün "Apple"ın peşəkar tətbiqlərini bir araya gətirir. Abunəliyə "Final Cut Pro", "Pixelmator Pro" və "Logic Pro", həmçinin əlavə alətlər - video konvertasiyası və effektlər üçün "Motion", musiqi yaratmaq və ifa etmək üçün "MainStage", animasiya və titrlər üçün isə "Compressor" daxildir.
Bundan əlavə, istifadəçilər əlavə lisenziya haqqı ödəmədən istifadə oluna bilən "premium şablonlar"a və peşəkar foto və qrafika kitabxanasına çıxış əldə edəcəklər.
"Creator Studio" "Ailə paylaşımı"nı dəstəkləyir və beş ailə üzvü ilə birlikdə istifadə oluna bilər. Xidmətin işləməsi üçün "macOS 26", "iPadOS 26" və "iOS 26" əməliyyat sistemləri tələb olunur.


