1768563543.png)
“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb
16.01.2026 / Xəbərlər
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
Bu sayın ön səhifəsində "Prezident İlham Əliyev Ağdərə rayonunda infrastruktur layihələri və bərpa işləri ilə tanış olub" başlıqlı icmal yer alır.
Bugünkü buraxılışın ilk səhifələrində AMEA Rəyasət Heyətinin iclası, "Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik" mövzusunda ictimai müzakirə, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Albaniyanın ölkəmizdəki səfiri və türkiyəli arxeoloqlarla görüşlərinə dair informasiyalar dərc edilib.
“Elm” qəzetinin bu nömrəsində, akademik İsa Həbibbəylinin müəllifi olduğu “Azərbaycan dövlətinin ana dili dərsləri və Milli Akademiyanın növbəti vəzifələri” başlıqlı məqalə, akademik Rasim Əliquliyevin "Media Savadlılığı" Həftəsi çərçivəsində yayımlanan podkastda çıxışı, "Yazıçı-tədqiqatçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti" mövzusunda tədbir, “Ana dilimiz və milli kimlik: Prezident İlham Əliyevin dil siyasətinin konseptual və strateji aspektləri” sərlövhəli məqalə, yubiley yazıları, eləcə də digər xəbərlər işıqlandırılıb.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.


