
Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində Yusuf Tekinlə görüşüb
22.01.2026 / Xəbərlər
Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.


