AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Nazir: Süni intellekt sahəsi daim diqqət və təkmilləşdirmə tələb edir

22.01.2026 / Xəbərlər

Azərbaycanın Elm və Təhsil Nazirliyi süni intellektin tətbiqi ilə bağlı bir sıra layihələr həyata keçirir.

Bu barədə AZƏRTAC-la söhbəti zamanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, süni intellektin geniş tətbiqi üçün əsas şərtlərdən biri müvafiq məlumatlar sisteminin mövcudluğudur. “Yəni, müxtəlif elmi məlumatlar sistemli şəkildə toplanmalı və zəruri baza formalaşdırılmalıdır. Belə bir baza artıq mövcuddur. Bu gün biz Azərbaycanın təhsil sistemi üzrə dərsliklərin süni intellekt tərəfindən tanınmasını təmin etmişik”, – deyə nazir qeyd edib.

Elm və təhsil naziri şagirdlərin dərs cədvəli və ev tapşırıqları ilə tanış ola bildiyi, valideynlərin uşaqlarının nailiyyətlərini izlədiyi, müəllimlərin isə elektron jurnaldan istifadə etdiyi “Rəqəmsal məktəb” təhsil onlayn-platformasının əhəmiyyətini vurğulayıb.

Nazirin fikrincə, hazırda Azərbaycan məktəbliləri tətbiqlər vasitəsilə xüsusilə də tarix və Azərbaycan dili fənləri üzrə yoxlanılmış məlumatlara hər zaman da çıxış əldə etmirlər.

E.Əmrullayev bildirib ki, yaxın vaxtlarda süni intellekt yerli pedaqoqlar tərəfindən yoxlanılmış parametrlər və metodologiya əsasında sorğulara cavablar təqdim etməyə başlayacaq.

Bununla yanaşı, o əlavə edib ki, süni intellekt sahəsi daim diqqət və təkmilləşdirmə tələb edir. “2027-ci ildən etibarən Azərbaycanda təhsilin inkişafı üzrə qüvvədə olan Dövlət Strategiyasının ikinci mərhələsinin icrasına başlanacaq və bu mərhələdə süni intellekt ayrıca istiqamət kimi müəyyən ediləcək”, – deyə nazir vurğulayıb.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi